“Şuşadan sonra Xankəndinə birbaşa yol açılır” - Babayan 

saytların hazırlanması

Evə çatdırılma

“Şuşadan sonra Xankəndinə birbaşa yol açılır” - Babayan 

Siyasət

09 Noyabr 2020 07:38 6473


“İndi bir şəhərin itirilməsinin total məğlubiyyət hesab olunduğu XIV əsr deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu Qarabağ separatçıları rəhbərinin müşaviri David Babayan Rusiyanın"İzvestiya" nəşrinə müsahibəsində deyib.

"Müharibə daha şiddətli olacaq, hücum daha intensiv olacaq, çünki Şuşadan sonra Stepanakertə (Xankəndinə) birbaşa yol açılır", - D.Babayan vurğulayıb. pizza sifarişi

D. Babayanın sözlərinə görə, Şuşa yolunda şiddətli toqquşmalar gedir, hansı tərəfin vəziyyətə nəzarət etdiyini müəyyən etmək çətindir, çünki mövqelər hər saat dəyişir. Şəhər, Stepanakertin (Xankəndi, şəhərlər arasındakı məsafə 11 km-dir) yaxınlığında yerləşdiyindən və nəzarət edən tərəfin paytaxtı atəşə tutmasına imkan verəcək dominant bir təpədə yerləşdiyindən strateji əhəmiyyət daşıyır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!