“Sözsüz ki, artıq teatrlar açılmalıdır. Hörmətli nazirimiz Anar bəy deyib ki, teatrlar açıla bilər”.
Bu sözləri Yenisabah.az-a danışan Musiqili Komediya Teatrının aktrisası Nahidə Orucova deyib.
Əməkdar artist bir ildən çoxdur işləmsələr də onlayn məşqlər etdiklərini bildirib: pizza hut
“Biz aktyorlar olaraq o günü həvəslə gözləyirik, teatrın həsrətindəyik. Hazırda məzuniyyət vaxtıdır, amma payızdan ümid edirəm ki, işimizə qayıda bilərik. Bir ildən çoxdur işləməsək də onlayn məşqlərimizə ara verməmişik. “Zoom” proqramında yeni tamaşaları kollektivimizlə birgə hazırlamışıq. “Bəxtiyar” tamaşasına hazırlaşırıq”.
Sənətçinin sözlərinə görə, onlayn məşqlərdə müəyyən çətinliklər qaçılmazdır:
“Onlayn məşqlə teatrdakı məşqlərimiz arasında çox böyük fərq var. “Zoom”dakı məşqlərdə ürəyimizdən gələni edə bilmirik. Amma hər halda əsərə, obraza uyğunlaşmağa çalışırıq. Teatr sənəti canlı sənətdir, onlayn məşqlərdə isə şüşə arxasından hissləri çatdırmaq çətin olur”.
Əsmətxanım
Telegram kanalımız