Suya allergiyası olan bu gənc qız görün necə duş qəbul edir - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suya allergiyası olan bu gənc qız görün necə duş qəbul edir - Fotolar

Dünya

15 Avqust 2021 22:18 2026


Yay aylarında duş qəbul etmək ən çox xoşladığımız sərinləmək üsuludur. Təəssüf ki, "aquagenic pruritus" xəstəliyindən əziyyət çəkən insanlar bu zövqdən məhrumdurlar. Üstəlik, onlar üçün duş qəbul etmək çox ağrılı bir prosesdir.

Bu xəstəlik ilə mübarizə aparan 23 yaşlı Niah Selway necə duş qəbul etdiyi barədə görüntüləri sosial media hesabında paylaşıb. Görüntüləri izləyənlər təəccüblərini gizlədə bilməyiblər. Dərinin suya təmasından sonra ciddi allergiyaya səbəb olan "Aquagenic pruritus" xəstəliyindən 6 ildir ki, Selway da əziyyət çəkir.

23 yaşlı aktiv sosial media istifadəçisi bu gənc qız eyni xəstəliyə tutulan insanlara motivasiya olmaq və izləyicilərinə bu xəstəliklə mübarizə aparanların necə duş etdiyini göstərmək üçün TikTok səhifəsində paylaşım etməyə qərara gəlib. Dördpendirli pizza

Duş qəbul etməmişdən öncə hərarətini və təzyiqini ölçən Selway həssas dəri üçün xüsusi hazırlanmış məhsullardan istifadə edir, quru fırça ilə bədənini kisələyərək ölmüş hüceyrələrdən təmizlənir.

"Su ilə təmasdan cəmi 5 dəqiqə sonra allergiya və eyni zamanda ağrılar başlayır. Duş qəbulundan yalnız 3 saatdan sonra ağrılar azalır", - deyə 23 yaşlı Selway izləyicilərini məlumatlandırıb.

Suya allergiyası olan bu gənc qız görün necə duş qəbul edir - FOTOLARSuya allergiyası olan bu gənc qız görün necə duş qəbul edir - FOTOLAR

/Mətbuat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!