74 yaşlı Kaliforniya sabiq qubernatoru, məşhur bodibilder və aktyor Arnold Şvartsenegger koronavirus infeksiyasına qarşı mübarizə vasitələrindən imtina edən vətəndaşlara müraciət edib.
Yenisabah. az xəbər verir ki, Şvartsenegger bu ilin yanvar ayında CNN telekanalında bu barədə çıxışını xatırladıb.
O deyib: “Artıq yarım il keçib, amma yenə də xaos hökm sürür. Yenə də hər şeyi inkar edən, tibbi maskanın zəruriliyinə inanmayan insanlar var. Onlar deyirlər: “Bizə sosial məsafə lazım deyil”. Onlara yenidən xatırlatmaq zərurəti yaranır ki, ekspertlər qapalı məkanlarda tibbi maska taxmağı, əlləri yumağı, sosial məsafəni gözləməyi tövsiyə edirlər. Xüsusilə, dördüncü dalğaya qarşı hamılıqla mübarizə aparmalıyıq. Qulaq asın, mən əzələ böyütmək üzrə ekspertəm. Heç kim bu işi mənim qədər dərinliklərinə qədər bilmir. Çünki bu işə 50 il sərf etmişəm. İnsanlar da var ki, illərlə virusologiya ilə məşğul olub. Doktor Fauçi ömrünü bu işə sərf edib, siz hansı əsasla ona inanmırsınız?” pizza mizza
Keçmiş qubernator əlavə edib ki, koronavirus insan həyatına təhlükədir. Təhlükəni dəf etmək üçün yeganə vasitə tibbi maska taxmaq və peyvənd olunmaqdır.
“Düşünmək lazım deyil ki, mənim azadlığım məhdudlaşdırılır. Cəhənnəm olsun sənin azadlığın! Öhdəlik və məsuliyyət də sənin azadlığınla eyni sıradadır. Əgər bu məsələnin digər insanlara da aidiyyəti varsa, “mənim hüquqlarım var” deyə bilməzsən. Bu, yol kəsişməsindəki işıqfora bənzəyir. İşıqforu ora ona görə qoyublar ki, təsadüfi ölümlər baş verməsin. Bu zaman deyə bilməzsiniz ki, mənə harda dayanmaq lazım olduğunu deməyə ehtiyac yoxdur, hara qədər istəyirəmsə, gedəcəm. Çünki bu zaman kimisə öldürə bilərsiniz. Koronavirusla da belədir. Siz tibbi maskasız nəfəs alan zaman kimisə yoluxdura və həmin şəxs ölə bilər. Ona görə də birgə mübarizə aparmalı və “mən azad ölkədə yaşayıram və tibbi maska taxmaya bilərəm”, - deməməliyik. Doğrudur, sizin buna hüququnuz çatır. Amma bilirsiniz nə var, bu cür düşünürsünüzə, o zaman səfehsiniz”, - deyə aktyor vurğulayıb.
Əsmətxanım
Telegram kanalımız