“Ta məndən adam olar?!” – Bir görüşün fotosu

saytların hazırlanması

Evə çatdırılma

“Ta məndən adam olar?!” – Bir görüşün fotosu

Şou

01 Fevral 2024 17:01 4882


Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarova ilə bağlı xatirəsini bölüşüb.

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, birlikdə fotolarını paylaşan ifaçı Xanlarova ilə məclislərin birində qarşılaşmalarından söz açıb:

"Heç vaxt unutmadığım xoş bir xatirəni sizinlə bölüşmək istədim: çox möhtəşəm bir konsert proqramına dəvət almışdım. Mötəbər qonaqlar vardı. Zeynəb xanım da orada idi. Digər müğənnilər, xalq artistləri də oxumaq üçün dəvət almışdılar. Müşayiət etmək üçün musiqiçilər də yer almışdı səhnədə. Amma heç kim canlı oxumurdu. Hərə iki mahnı oxumalı idi. Mən də əlbəttə, Zeynəb xanımın repertuarından iki mahnımı - "El mənimdir" və "Bülbülüm"ü verdim ki, hamı kimi "cansız" oxuyum. pizza mizza

Nə isə, sıra mənə çatdı, iki mahnını oxudum. Birdən prodüserim yaxınlaşıb dedi ki, Zeynəb xanım deyir, yenə oxusun. Mən də sevinc və həyəcanla başladım Zeynəb xanımın digər mahnılarından canlı-canlı oxumağa. Həm də özünün yolu ilə. Zeynəb xanım isə təbəssümlə alqışlayırdı. Həmin an elə bilirdim ki, dünyanın xoşbəxti mənəm dünyada.

Sonda yaxınlaşıb görüşmək, sevgimi bildirmək istədim. Mənim yaxınlaşmağımı görən kimi dedi, mən bu qızı çox istəyirəm də. Öldüm də... Ta məndən adam olar?! Nitqim tutuldu, heç nə deyə bilmədim".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!