Tacikistan Prezidentinin bacısı və qaynanası koronavirusdan ÖLDÜ

saytların hazırlanması

Evə çatdırılma

Tacikistan Prezidentinin bacısı və qaynanası koronavirusdan ÖLDÜ

Dünya

21 İyul 2021 10:09 1042


Tacikistan Prezidenti İmoməli Rahmonun bacısı Kurbonbi Rahmonova vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Tacikistan Prezidentinin Mətbuat xidməti yayıb.

Məlumata görə, o 64 yaşında dünyasını dəyişib. pizza

Tacikistanın Səhiyyə Nazirliyi Kurbonbi Rahmonovanın koronavirus infeksiyasından öldüyünü bildirib. Kurbonbi Rahmonova iyulun 20-də ölkə paytaxtı Düşənbədə 5 saylı klinik xəstəxanada müalicə olunurmuş.

Bildirilib ki, iyulun 5-də Prezident İmamoli Rəhmonun qaynanası, 88 yaşlı Özbəkbi Əsədullayeva da koronavirusdan vəfat edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!