Tahir Kərimli: Övladlarımız qadın müəllimlərdən nə öyrənə biləcəklər?!

saytların hazırlanması

Evə çatdırılma

Tahir Kərimli: Övladlarımız qadın müəllimlərdən nə öyrənə biləcəklər?!

Sosial

29 Aprel 2025 11:28 278


Milli Məclisdə dəfələrlə məsələ qaldırdım ki, hətta kişi müəllimlərin maaşını artırmaqla onları pensiyaya çıxarmamaq, məktəbdə saxlamaq lazımdır. Çünki uşaqlarımıza ancaq qadınlar dərs deyir.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O əlavə edib: "Övladlarımız qadın müəllimlərdən nə öyrənə biləcəklər?! Axı heç də bütün qadın müəllimlər öz tələbələrini kişi kimi yetişdirmirlər. Onları yamsılayan uşaqlar yetişdirirlər. Marqarita pizza

Toyda cavan oğlanlar qız kimi əyilib-büzülürlər, əyri-üyrü fars rəqsi oynayırlar. Bu məsələlər ailənin içindən başlayır. Valideynlər buna necə imkan verirlər?! İnsanlar həmişə əyriliklərlə barışıblar. Sanki bu məsələlərlə də barışıblar. İnsanların içində ictimai etiraz ölüb. Heç olmasa ailə dəyərlərinin qorunmasına çalışmaq lazımdır.

Nə qədər öyüd-nəsihətlə çıxış edirəm, amma mənə qarşı hücumlar olur. Kişidən kişi iyi gələr, qadından qadın. Qadın həyalı və gözəl olmalıdır. Kişinin vüqarı, daxili aləmi, mərdliyi, comərdliyi elə onun üzünə də, bədəninə də yansıyacaq. Təəssüf edirəm ki, bu məsələ başlı-başına buraxılıb". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    XALQIMIZ MİLLİ MƏCLİSDƏN NƏ ÖYRƏNİRKİ QADIN MÜƏLLİMDƏN DƏ ÖYRƏNSİN.
    1 year ago