Fizika elminin inkişafında özünəməxsus yeri olan görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Tahirə Kərimova vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. Tahirə Kərimova 88 yaşında vəfat edib.
Qeyd edək ki, Kərimova Tahirə Həzi qızı 28 aprel 1935-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olub və 1960-cı ildə fizika fakültəsini fizika ixtisası üzrə bitirib. 1961-1965-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Energetika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitunun aspiranturasına qəbul olub və 1970-cı ildə namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə kiçik elmi işçi vəzifələrində çalışıb. 1991-ci ildən Yarımkeçiricilərin elektron spektraskopiyası lobaratoriyasına rəhbərlik edib. T.H.Kərimova 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1986-cı ildə fizika-riyaziyyat elmləri doktoru, 2001-ci ildə professor elmi adına layiq görülüb. Dominos pizza
Telegram kanalımız