Taksi sürücülərini aldadan 18 yaşlı qız saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Taksi sürücülərini aldadan 18 yaşlı qız saxlanıldı

Kriminal

19 Noyabr 2021 13:26 979


Bakı şəhəri ərazisində gənc qızın taksi xidmətlərindən istifadə edərək gedəcəyi ünvana çatdıqdan sonra gediş haqqını ödəmədən, o cümlədən müxtəlif bəhanələr gətirərək sürücüləri aldadıb onlardan 20-30 manat pul aldıqdan sonra yaxınlıqda olan çoxmərtəbəli binalara daxil olaraq qayıtmaması ilə bağlı rəsmi açıqlama verilib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər  nəticəsində həmin qızın paytaxtın Yasamal rayonunda yaşayan 18 yaşlı Səriyyə İsmayılova olması müəyyən edilib.

O, saxlanılaraq polis idarəsinə gətirilib və törətdiyi hüquqazidd əməlləri etiraf edib. Dominos pizza

Onu da qeyd edək ki,  S.İsmayılovanın hüquqazidd əməlləri ilə bağlı Bakı şəhəri üzrə ərazi polis orqanlarına heç bir şikayət xarakterli müraciət daxil olmayıb. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!