Taksi sürücüsü 13 yaşlı qıza qarşı nalayiq hərəkət etdi

saytların hazırlanması

Evə çatdırılma

Taksi sürücüsü 13 yaşlı qıza qarşı nalayiq hərəkət etdi

Hadisə

02 Oktyabr 2023 21:36 755


Türkiyədə 13 yaşlı qız taksidə seksual qısnamaya məruz qalıb.

Yenisabah.az xəbər verir ki, hadisə İstanbulun Çəkməköy rayonunda baş verib.

Belə ki, 13 yaşlı qız əlavə dərs aldığı məktəbdən Ataşəhərdəki evlərinə qayıtmaq üçün məktəbdə taksi gözləyib. Bir müddət sonra taksi sürücüsü maşını ilə məktəbin həyətinə daxil olub. Qızcığaz məktəbdən çıxaraq taksiyə minib. Sezar pizza

İddialara görə, səyahət zamanı taksi sürücüsü azyaşlı qızla danışmağa başlayıb. Qıza əvvəlcə öz həyatından danışmağa başlayan sürücü daha sonra qızın neçə yaşında olduğunu soruşub. Qız isə 13 yaşda olduğunu dedikdən sonra ona gözlərinin çox gözəl olduğunu, çox yetkin göründüyünü, çox tənha olduğunu və danışmağa ehtiyacı olduğunu bildirən taksi sürücüsünün saat 15:00-a qədər spirtli içki qəbul etdiyini də söylədiyi iddia edilib.

Vəziyyətdən çox narahat olan yeniyetmə taksi sürücüsünə cavab verməyib və taksidən düşərək evinə daxil olub.

Daha sonra o, baş verən hadisələri ailəsinə danışıb. Ailə Ataşehir Polis Dairəsinə gedərək şikayət ərizəsi yazıb. Taksi sürücüsü qısa müddət ərzində polis tərəfindən saxlanılıb.

Polis bölməsində ifadəsi alınan sürücü prokurorluğun göstərişi ilə azadlığa buraxılıb. 

13 yaşlı qız verdiyi ifadədə hadisəni detallı şəkildə açıqlayıb:

"Maşına minən kimi sürücü mənə açıq peçenye və açılmamış su təklif etdi, amma götürmədim. O məndən siqaret çəkib-çəkmədiyimi soruşdu. Daha sonra sevgilimin olub-olmadığını soruşdu və “kişilərlə tək qalma, kürəyindən bıçaqlayıb vuracaqlar” deyə bildiridi".

Nəzrin Musayeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!