“Taliban” ABŞ-ı hədələdi: “31 avqusta qədər getməsələr...”

saytların hazırlanması

Evə çatdırılma

“Taliban” ABŞ-ı hədələdi: “31 avqusta qədər getməsələr...”

Dünya

23 Avqust 2021 17:43 892


ABŞ və digər Qərb ölkələri avqustun 31-nə qədər öz qoşunlarını Əfqanıstandan çıxarmayacağı halda bunun nəticələri ilə üzləşməli olacaqlar.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sky News” telekanalına müsahibəsində “Taliban”ın Qətər siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Süheyl Şahin bildirib.

“Bu qırmızı xəttimizdir. Prezident Bayden elan edib ki, 31 avqusta qədər onlar bütün silahlı qüvvələri çıxaracaqlar. Əgər onlar mövcudluqlarını uzatsalar, bu işğal müddətinin uzadılması anlamına gələcək”, - deyə o bildirib. Marqarita pizza

M.Şahin qeyd edib ki, taliblər ABŞ və ya Böyük Britaniyaya əlavə vaxt vermək fikrində deyil.

“Bu aramızda etimadsızlığa səbəb olacaq. Əgər onlar işğalı davam etdirməyə qərar versələr, buna müvafiq reaksiya veriləcək”, - deyə M.Şahin vurğulayıb.(oxu.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!