“Taliban“ danışıqlara razılıq verdi

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ danışıqlara razılıq verdi

Dünya

15 Oktyabr 2021 17:32 1864


"Taliban" gələn həftə Moskvada keçirilməsi planlaşdırılan danışıqlarda iştirakını təsdiqləyib.

Yenisabah.az bildirir ki, bu barədə "Azadlıq Radiosu" xəbər yayıb.

Prezident Vladimir Putinin Əfqanıstan üzrə nümayəndəsi Amir Kabulov jurnalistlərə olan açıqlamasında deyib ki, mart ayında Rusiyada Əfqanıstanla bağlı beynəlxalq konfrans keçirilib. pizza hut

Rusiya, ABŞ, Çin və Pakistan "Taliban" və o vaxtki Əfqanıstan hökumətini zorakılığa son qoymağa və sülh razılaşması əldə etməyə çağırıb.

Avqust ayında "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Rusiya dəfələrlə qonşu Orta Asiya dövlətlərində islamçı ekstremistlərin meydana çıxmasından narahatlığını ifadə edib.

Bu təhlükənin qarşısını almaq üçün Rusiya, Tacikistanla bərabər Əfqanıstanla sərhəddə döyüş manevrləri apardı və əlavə texnikalarını buradakı hərbi bazalarına yerləşdirdi.

"Taliban"ın Türkiyədən sonra Rusiya ilə danışıqlara getməsi, bir sıra siyasi analitiklər tərəfindən onların artıq müasirləşməsi və hakimiyyətdə qalmaq üçün dünya dövlətləriylə kompromislərə getməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ötən gün "Taliban" rəsmiləri Ankaraya səfər etmişdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!