Taliban hərəkatı Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət hissələrinə bölgəni onlara təhvil vermək üçün 4 saat vaxt verib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, hərəkat üzvləri Əhməd Məsuda (Taliban müqavimətinin lideri) Pəncşir əyalətini Talibanın nəzarətinə keçməsi üçün dörd saat vaxt veriblər. pizza mizza
Talibanın bu əyaləti ələ keçirmək üçün əməliyyata başlamağa tam hazır olduğu qeyd edilir.
Eyni zamanda, “Əl Cəzirə” telekanalının məlumatına görə, Taliban yaxın vaxtlarda Məsudla görüşmək üçün bir heyət göndərəcək. Görüş zamanı Pəncşirdəki vəziyyət müzakirə ediləcək və Məsudun irəli sürdüyü tələblərin yerinə yetirilməsinə zəmanət verəcək./APA
Telegram kanalımız