Taliban itirdiyi 3 əyaləti geri qaytardı:   Vuracağı yeni hədəfini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Taliban itirdiyi 3 əyaləti geri qaytardı: Vuracağı yeni hədəfini açıqladı

Dünya

23 Avqust 2021 22:23 1279


Taliban ötən həftə yerli qüvvələrlə döyüşdə itirdiyi üç əyalətə nəzarəti bərpa edib.

Yenisabah.az xəbər verir ki, Pule Hisar, Deh Salah və Əndarab kimi üç bölgənin idarəsi yenidən Talibanın əlinə keçib.

Taliban sözçüsü Zabihullah Mücahid hərəkatın bu üç bölgəyə nəzarəti yenidən ələ keçirdiyini açıqladı. pizza mizza

Mücahid bu ərazilərin “şeytanla əməkdaşlıq edən düşmənlər”dən azad edildiyini söyləyib.

Mücahid açıqlamasında heç vaxt Talibanın nəzarəti altında olmayan və artıq müqavimət göstərməyə başlayan Pəncşir əyalətinə də işarə edib. O, Pəncşirlə bağlı durumun dinc yolla həll edilməsinin tərəfdarı olduqlarını bildirib.

Talibanın öz qüvvələrini Pəncşirə göndərməyə başladığı barədə məlumatlar var. Amma hazırda bölgədə qarşıdurma yoxdur./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!