“Taliban” Pakistan qarşısında şərt qoydu

saytların hazırlanması

Evə çatdırılma

“Taliban” Pakistan qarşısında şərt qoydu

Dünya

07 Avqust 2021 11:05 1164


“Taliban” Əfqanıstan-Pakistan sərhədindəki Spin Boldak-Çaman gömrük məntəqəsini qapadıb.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bu məntəqə Pakistanın təşəbbüsü ilə açılıb.

“Taliban” qüvvələri rəsmi İslamabadın əfqanlar üçün viza rejimini ləğv etməyincə və ya asanlaşdırmayana qədər keçiddən keçməyə icazə verilməyəcəyini bəyan edib. pizza sifarişi

Spin Boldak-Çaman gömrük məntəqəsi təxminən üç həftə əvvəl ələ keçirilib. Əfqanıstan Maliyyə Nazirliyi 2,7 milyard əfqani itkiyə məruz qaldığını açıqlayıb.

Son bir ay ərzində Kabul hökuməti ölkənin müxtəlif sərhədlərində İslam Qala, Turqandi, Əbunəsr Fərahi, Spin Boldak, Ayxanum, Dandaptan və Şer Xan Bandar nəzarət-keçid məntəqələrindən məhrum olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!