“Taliban” Pəncşirin ən böyük bölgəsini ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

“Taliban” Pəncşirin ən böyük bölgəsini ələ keçirdi

Dünya

03 Sentyabr 2021 20:57 1101


Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” döyüşçüləri cümə günü Pəncşir əyalətinin ən böyük bölgəsini ələ keçirdiklərini bildiriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi özünün “Twitter” səhifəsində məlumat verib.

"Son xəbərlərə görə, Pəncşirin ən böyük bölgəsi olan Priyan tamamilə mücahidlərin əlinə keçib. Priyan Şotuldan sonra mücahidlərin əlinə keçən ikinci bölgədir", Kərimi yazıb. Dördpendirli pizza

“Taliban” nümayəndəsi əlavə edib ki, toqquşmalar zamanı Rusiya istehsalı olan zirehli maşınlar və digər hərbi texnikalar qənimət kimi götürülüb: “Düşmənin əhval-ruhiyyəsi aşağıdır, əməliyyatlar sürətlə gedir”./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!