“Taliban“ şiələri təhdid etməyəcək - Bəyanat

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ şiələri təhdid etməyəcək - Bəyanat

Dünya

17 Avqust 2021 14:57 1328


"Taliban" hərəkatı Əfqanıstanın şiə əhalisi ilə bağlı bəyanat verib.

Yenisabah.az "Herat Times"a istinadla xəbər verir ki, ölkənin şimal-qərb əyalətindəki "Taliban" təmsilçiləri bəyanat verərək, xüsusilə Məhərrəm ayında şiə əhalisi üçün heç bir problem yaratmayacaqlarını vurğulayıblar.

Heratdakı "Taliban" rəhbəri Mövləvi Nəcibullah şiə əhalinin məscid və hüseyniyyələrində keçirilən mərasimləri sərbəst yerinə yerinə yetiriləcəyini bildirib. Dominos pizza

Bundan əvvəl "Taliban"ın Əfqanıstanın şimal-qərbindəki mədəniyyət məsələləri üzrə rəhbəri Mövləvi Zəbihullah Nurani Əfqanıstanda yaşayan şiələr üçün yeni rejimin problem yaratmayacağını bildirib: "Şiə qardaşlar, "Taliban" tərəfindən təhdid edilmədiklərinə və məhərrəmliyi rahatlıqla icra edə biləcəklərinə əmin olmalıdırlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!