Əfqanıstanda hücumlarını davam etdirən “Taliban” hərəkatı son günlərdə ölkənin şimalı da daxil olmaqla, ümumən 5 əyalət paytaxtını ələ keçirib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstanın şimaldakı 3 əyalət mərkəzi “Taliban”ın tam nəzarətinə keçib.
Bu əyalətlərdən biri irəliləmək üçün açar rolunu oynayan Qunduzdur. Sezar pizza
Sərhəd qapıları da daxil olmaqla, Əfqanıstanın böyük hissəsinə nəzarət edən “Taliban” İranla həmsərhəd Nimroz əyalətinin paytaxtı Zarancı ələ keçirib. Sonra şimaldakı Juzcan əyalətinin paytaxtı Şibirganı hədəf alıb.
Qunduz və Saripuldan sonra hərəkat döyüşçüləri Tahar əyalətinin paytaxtı Talukanı da nəzarətinə alıb.
Mehri Qurban
Telegram kanalımız