“Taliban“ sözçüsü: “Türkiyəyə ehtiyacımız var“

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ sözçüsü: “Türkiyəyə ehtiyacımız var“

Dünya

30 Avqust 2021 12:25 937


“Taliban” sözçüsü Zəbihullah Mücahid Türkiyədən Əfqanıstana dəstəyini davam etdirməsini istəyib.

Yenisabah.az xəbər verir ki, Zəbihullah Mücahid avqustun 26-da Kabildə Həmid Kərzai adına beynəlxalq hava limanında İŞİD tərəfindən törədilən terror aktından sonra ABŞ əsgərlərinin mülki vətəndaşları güllələyərək öldürdükləri barədə xəbər aldıqlarını iddia edib:

“Aldığımız xəbərə görə, Kabil hava limanında hücumdan sonra amerikalı əsgərlər panikada camaata atəş açıblar. Orada qadınlar və uşaqlar da daxil olmaqla mülki şəxslər həyatını itirib. Ən az 90 adamın ölüb, 148 nəfər isə yaralanıb”. Toyuqlu pizza

Xarici qüvvələrin ölkədən tamamilə çıxarılmasından və yeni hökumətin qurulmasından sonra heç bir təşkilatın mübarizə üçün bəhanəsi olmayacağını deyən Mücahid onu da qeyd edib ki, Əfqanıstanda İŞİD-in damı altında fəaliyyət göstərənlər İraqdan və Suriyadan gəlməyib, onlar ölkədə olan İŞİD zeyniyyətli əfqanlardır.

Təxminən 20 illik bir müharibəni geridə qoyduqlarını, dəqiq və aydın kəşfiyyat məlumatları toplama gücünə sahib olduqlarını ifadə edən Zəbihullah Mücahid təşkilatlara qarşı mübarizədə heç bir ölkənin köməyinə ehtiyac duymadıqlarını, “Taliban”ın Kabil hava limanının təhlükəsizliyini təmin etmək üçün xüsusi qüvvələrə malik olduğunu vurğulayıb. Ancaq Türkiyə ilə əlaqə qurmağın onlar üçün önəm daşıdığını da bildirib:

“Türk xalqı və dövləti bizim dostumuzdur. Bu dostluğun davam etməsinin bir çox səbəbi var. Türkiyə ilə heç bir təhlükəsizlik probleminin olmayacağına əmin olduq, hava limanına tamamilə baxdıqdan sonra ehtiyacları aradan qaldıracağıq. Lazım gələrsə, bu ehtiyacları Türkiyədən və ya başqa bir ölkədən istəyəcəyik. İqtisadiyyat sahəsində də Türkiyə ilə əlaqələr qurmaq istəyirik. Həmçinin daha əvvəl olduğu kimi, Türkiyənin də təhsil sahəsində də dəstəyinə ehtiyacımız var. Onların bu istiqamətdə köməyinin davam etməsini istəyirik”.

"Taliban" sözçüsü Əfqanıstanın Pəncşir əyalətində müqavimət göstərən tacik lider Əhməd Məsudla danışıqların davam etdiyini də söyləyib:

“Pəncşirdə münaqişə istəmirik, döyüşmək tərəfdarı deyilik. Müzakirələrin tərəfdarıyıq. Amma əgər danışıqlar nəticə verməsə, onsuz da Pəncşir artıq “Taliban” qüvvələri tərəfindən mühasirəyə alınıb. İstəsək, çox qısa müddətdə ələ keçirə bilərik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!