“Taliban”a qarşı əməliyyat: 300 yaraqlı öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

“Taliban”a qarşı əməliyyat: 300 yaraqlı öldürüldü

Dünya

23 Avqust 2021 08:26 1330


“Əfqanıstanın Bağlan əyalətində Əhməd Məsud və Əmrullah Salehin rəhbərliyi altında yerli müqavimət qüvvələri “Taliban” silahlılarının yolunda pusqu qurub. Pusquya düşən azı 300 Taliban döyüşçüsü öldürülüb”.

Bu barədə BBC-nin jurnalisti Yalda Hakim “Twitter” səhifəsində yazıb. Bundan əlavə, jurnalist, pusqu zamanı ələ keçirilən “Taliban”çıların fotoşəkillərini də dərc edib.

Bu arada RİA Novosti məlumatlı bir mənbəyə istinadən məlumat yayıb ki, “Taliban” döyüşçüləri Bağlan əyalətinin üç mahalına nəzarəti bərpa etməyi bacarıb. Sezar pizza

Qeyd edək ki, hazırda Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət qüvvələri yalnız Pəncşir əyalətin nəzarət edir. /APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!