"Hakimiyyəti heç bir halda "Taliban"a təslim etməyəcəyik".
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh bildirib.
Ölkə vilayətlərinin bir-bir süqut etməsi və "Taliban"ın nəzarətinə keçməsindən sonra da Əşrəf Qəni hökuməti iqtidarını saxlayacağını güman edir. Pepperoni pizza
Əmrullah Saleh qeyd edib: "Vəziyyəti dəyişdirmək üçün əlimdən gələni edəcəyəm və əminəm ki, "Taliban" məğlub olacaq".
"Heç bir halda, heç bir şəraitdə, heç bir imtiyaz üçün, heç bir səbəbdən "Taliban"ın Əfqanıstan xalqına hökmranlığını qəbul etməyəcəyəm və "Taliban"ın öz şərtləri ilə diktə etdiyi müqaviləni qəbul etməyəcəyəm", - deyə o əlavə edib.
Xatırladaq ki, indiyə qədər ən az 14 əyalət paytaxtı və bəzi kiçik bölgələr "Taliban" qruplaşmasının tam nəzarətinə keçib, bir sıra yüksək səviyyəli hökumət rəsmiləri və ordu komandanları təslim olub.
Telegram kanalımız