"Taliban" döyüşçülərinə şəxsi evləri tərk edərək hərbi bazalara qayıtmaq əmr olunub.
Yenisabah.az "Tolou News"a istinadla xəbər verir ki, müvəqqəti "Taliban" hökumətinin Baş naziri Molla Məhəmməd Həsən Axund bu barədə əmr imzalayıb.
Döyüşçülərə şəxsi evlərə və özəl şirkətlərə girmək qəti qadağan edilib. Sezar pizza
Sənəddə deyilir ki, "nəqliyyat vasitələrinə və avadanlıqlarına baxış keçirmək və s. bəhanəsi ilə heç kimin Kabildə və ətraf ərazilərdə axtaış aparmamalıdır.
Əmrə əsasən, bütün "Taliban" qoşunları hərbi bazalara getməlidir.
Xatırladaq ki, Kabildə və bəzi əyalətlərdə keçmiş məmurların evlərində axtarış aparılıb və şəxsi avtomobillərin bir qismi müsadirə olunub.
Telegram kanalımız