“Taliban”ın rəsmisindən müsahibə alan Beheşte Ərğənd adlı əfqan reportyor özünü təhlükədə hiss edərək ölkəni tərk edib.
Yenisabah.az xəbər verir ki, “Taliban” rəsmisi ötən həftələrdə görülməmiş addım ataraq Beheşte Ərğənd adlı əfqan qadın aparıcının qonağı olub.
2004-cü ildə Əfqanıstanda qurulan “TOLO News” kanalında yayımlanan bu proqram qısa müddətdə dünyanın müxtəlif yerlərində manşetlərə çıxıb və qısa müddətdə Ərğəndi məşhur bir jurnalistə çevirib. pizza mizza
Bu müsahibədən qısa müddət sonra Ərğənd “Taliban” sui-qəsdindən sağ qurtulan fəal Məlalə Yusifzəydən müsahibə alıb.
“Taliban” tərəfindən verilən bütün mülayim mesajlara baxmayaraq, jurnalist özünü təhlükəsiz hiss etməyib.
“CNN International”ın iddiasına görə, jurnalist ölkəni tərk edib. "Mən ölkəni tərk etdim, çünki milyonlarla insan kimi, Talibandan qorxuram", - deyə Beheşte Ərğənd CNN-ə bildirib.
Sözügedən müsahibə barədə də danışan aparıcı bunu əfqan qadınları üçün etdiyini vurğulayıb.
Telegram kanalımız