“Taliban“çılar aramsız hücum edir“ - Pəncşir Vadisindən son məlumat

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“çılar aramsız hücum edir“ - Pəncşir Vadisindən son məlumat

Dünya

31 Avqust 2021 16:03 1893


“Ötən gecədən etibarən “Taliban” qüvvələri Pəncşirin şimal-şərqində, yüksək Xavak keçidindən hücum edir”.

Yenisabah.az xəbər verir ki, bunu Əfqanıstansa “Taliban”a qarşı döyüşən Milli Müqavimət Cəbhəsinin (NRFA) sözçüsü Məhəmməd Fahim Daşti deyib.

“Milli Müqavimət Cəbhəsi qüvvələri tərəfindən geri oturdulan “Taliban” indiyədək üç böyük hücum həyata keçirib. Dünənki hücumda “Taliban” çoxlu sayda itki verdi, onlar tərəfdən ən az 30 ölü, 15 yaralı var. Həmçinin hərbi birləşmələrimiz tərəfindən ələ keçirilən bir neçə nəfər və hərbi təchizat da var. Müharibə davam edir və qüvvələrimiz tam hazır vəziyyətdədir”, - deyə jurnalist qeyd edib. pizza hut

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!