“Taliban“dan yeni qadağa: “Əfqanıstandan dollar çıxarmaq olmaz“

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“dan yeni qadağa: “Əfqanıstandan dollar çıxarmaq olmaz“

Dünya

25 Avqust 2021 12:08 838


"Taliban" hərəkatı Əfqanıstandan xaricə dollar və tarixi abidələrin qaçaqmalçılığı və ixracına qadağa qoyub.

Yenisabah.az xəbər verir ki, hərəkatın "Twitter"də yaydığı bəyanatda deyilir:

“Vətəndaşlara bildiririk ki, dəniz və quru yolu ilə xaricə dollar və tarixi abidələrin qaçaqmalçılığı və ya ixracı qəti qadağandır. Bütün vətəndaşlara xəbərdarlıq edirik ki, bu cür əşyalar aşkar edilərsə, dərhal müsadirə olunacaq və sahibləri qanunvericiliyə uyğun olaraq cəzalandırılacaqlar”. pizza hut

Bundan "Wall Street Journal" qəzeti ABŞ prezidenti Co Bayden administrasiyasının "yüz milyonlarla dolların terror qruplaşmasının əlinə keçməməsi üçün" "Taliban" Kabili almazdan əvvəl Əfqanıstana dollar tədarükünü ləğv etdiyini yazıb.

Öz növbəsində, "Washington Post" qeyd edib ki, ABŞ banklarında Əfqanıstan hökumətinə məxsus ehtiyatları dondurulub və onları "Taliban" üçün əlçatmaz olub.

Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən ölkə rəhbərliyinin statusu ilə bağlı aydınlıq olmadığı üçün Əfqanıstana yardımın dayandırılması da elan edilib.

BVF-nin qərarı Əfqanıstana təxminən 400 milyon dollarlıq yardımı necə köçürəcəyi ərəfəsində qəbul olunub.

Ermənistan xəbərləri - NEWS.am


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!