“Taliban“ın lideri tezliklə üzə çıxacaq - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ın lideri tezliklə üzə çıxacaq - Açıqlama

Dünya

30 Avqust 2021 13:16 993


"Heybətullah Axundzadə Əfqanıstandadır və Qəndəharda yaşayır".

Yenisabah.az "Down News"a istinadla xəbər verir ki, bunu "Taliban" sözçüsü Zəbihullah Mücahid bildirib.

Sözçü deyib: "O, Qəndəhardır, əvvəllər də orada yaşayıb. Tezliklə ictimaiyyət qarşısına çıxacaq". pizza hut

Xatırladaq ki, Heybətullah Axundzadə 2016-cı ildən "Taliban"a rəhbərlik edir, lakin haqqında çox az şey məlumdur.

O, əsasən, xarici dünya ilə əlaqələrini İslam bayramlarında mesajlarını yayımlamaqla saxlayır.

Molla Heybatullah Axundzadənin Pakistanın Kvetta şəhərində baş verən partlayışda öldürüldüyü iddiası da mövcuddur.

1961-ci ildə Qəndəhar əyalətində anadan olmuş "Taliban" lideri nurzay-puştu tayfasına mənsubdur. 

Hədis üzrə ixtisaslaşdığı, "Taliban"ın ilk hakimiyyəti dövründə məhkəmə hakimi olduğu və radikal qrup üçün bir çox fətva verdiyi iddia olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!