“Taliban”ın mesajlarını müsbət qarşılayırıq” – Çavuşoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Taliban”ın mesajlarını müsbət qarşılayırıq” – Çavuşoğlu

Dünya

17 Avqust 2021 17:13 960


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanda baş verənlərlə bağlı açıqlamalar verib.

Yenisabah.az xəbər verir ki, Çavuşoğlu Əfqanıstanda “Taliban”” da daxil olmaqla bütün tərəflərlə dialoqların aparıldığını vurğulayıb. 

Həmçinin təhlükəsizlik qurulması ilə bölgədən təxliyələrin davam edəcəyini bildirib. Dördpendirli pizza

“Təhlükəsizlik tam qurulduqdan sonra təxliyə davam edəcək. Türkiyə olaraq yalnız öz vətəndaşlarımıza deyil, başqa ölkələrin vətəndaşlarına da təxliyə edilməsinə kömək edirik. ABŞ-la əməkdaşlıq edir, bütün tərəflərlə dialoqumuzu davam etdiririk. Türkiyə olaraq Əfqanıstanın sabitliyinə və sülhünə ən çox dəstək verən ölkələrin ön sırasındayıq. Əfqanıstanın iqtisadi inkişafına, sabitliyinə və əmin-amanlığına dəstək verməyə davam edəcəyik. Keçid dövrü necə olacaq, hamısını müzakirə edəcəyik. Bu günədək “Taliban”ın mesajlarını müsbət qarşıladığımızı deyə bilərəm”,- deyə Çavuşoğlu qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!