Tamaşaçı Cavanşir Məmmədovu məhkəməyə verir - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tamaşaçı Cavanşir Məmmədovu məhkəməyə verir - VİDEO

Şou

11 İyul 2023 11:17 1009


"Təsir dairəsi" verilişində Əməkdar artist Cavanşir Məmmədov studiyada oturanlara onun tərəfini tutmaları üçün 100 manat təklif edib. 

Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, bunu etiraf edən qadını isə müğənni təhqir edib.

O, qadına qarğış edərək, sonra onun göz makiyajını ələ salıb və "Gözün gömgöydür, utan gözünün qarasından" sözlərini söyləyib.  Dominos pizza

Sözügedən tamaşaçı ifaçını məhkəməyə verəcəyini deyib:

"Mən Cavanşir Məmmədovu məhkəməyə verirəm. Mənim ləyaqətimə, şərəfinə toxunub. Təkcə məni yox, nəslimi təhqir edib. Buna imkan vermərəm. Kişidir, hülqumu olmalıdır. Bir şərtlə onu bağışlayaram: məndən və nəslimdən üzr istəsin. Sona kimi gedəcəyəm". 

Aparıcı Lalə Azərtaş isə "Ehtiyac yoxdur, əsəbləşib. İndi başı onsuz məhkəmələrlə dərtdədir" sözlərini deyib.

Qeyd edək ki, özünü Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi kimi təqdim edən Türkiyə vətəndaşı Kemal Mustafa proqrama gələrək yardım istəyib. O, ifaçının və ailəsinin ona şər atdığını deyib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!