“Xüsusi qrup” serialının aktyoru İvan Liberov ad günündə Moskvada yoxa çıxıb.
Yenisabah.az Axşam.az-a istinadən xəbər verir ki, martın 2-də sənətçinin 46 yaşı tamam olub. Onun itməsi ilə bağlı Liberovun həyat yoldaşı məlumat yayıb.
Onunla gündüz Moskvadakı kilsələrin birindən çıxdıqdan sonra əlaqə qurmaq mümkün olmayıb. pizza
İlkin məlumatlara görə, aktyor telefonla danışarkən Miçurinski prospektinə doğru addımlayıb. Dostu həmin gün onunla telefonda danışdığını və sərxoş olduğunu bildirib.
Hazırda aktyorun itkin düşməsi ilə bağlı araşdırma aparılır.

Telegram kanalımız