Tanınmış aktyor pulsuzluqdan müalicə oluna bilmir

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış aktyor pulsuzluqdan müalicə oluna bilmir

Mədəniyyət

24 Avqust 2021 15:57 2262


"Bir-iki dəfə dublayaja getmişəm, bir də verilişdə olmuşam. Film çəkilişlərim olmur. Nicat Kazımovun bir tamaşası var idi, məni çağırdı. Onun məşqini etdik, teatrların fəaliyyəti bərpa olunsa, səhnəyə çıxacam". 

Yenisabah.az xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev axşam.az-a açıqlamasında deyib. Səhhətində uzun müddətdir problem olan sənətçi müalicəyə maddi imkanının çatmadığını söyləyib:

"Qolumun əsməyi mənə narahatlıq verir. Müalicəsi Azərbaycanda yoxdur. Türkiyə, Moskva, Almaniyada müalicəsi var. Beyinlə bağlı bir problemdir. Külli miqdarda pul lazımdır. Maddi gücüm çatmır. Lazımi qurumlar isə maraqlanmırlar. Dördpendirli pizza

Ruhdan düşmürəm. Sənət dostlarım zəng edir, maraqlanırlar. Naibə Allahverdiyeva, Nahidə Orucova, Qorxmaz Əlili, Teymur Əmrah, Nicat Kazımov hər dəfə halımla maraqlanırlar.

Səhhətimə görə teatrdan uzaqlaşdım. İşləmirəm, bütün günü evdə oluram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ziko
    Allah şəfa versin. İstedadlı aktyordu. Vaxtında kömək etmək lazımdır. Vəziyyəti ağırlaşıb gecikəndə, kömək edirlər. Onda da gec olur. Müvafiq qurumları tələsmirlər.
    5 years ago