Məşhur aparıcı 6 ildən sonra komadan ayıldı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur aparıcı 6 ildən sonra komadan ayıldı

Rəsmi

20 Yanvar 2020 21:18 1356


Türkiyənin məşhur aparıcısı Kənan İşıkın səhhəti ilə bağlı yeni məlumat açıqlanıb.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, 72 yaşlı aparıcı 2014-cü ildən komada olub. Amma bu günlərdə Kənan İşık komadan ayılıb və artıq müalicəsini evdə davam etdirir. 

Beril İşıq həyat yoldaşının deyilənləri eşitdiyini, amma reaksiya vermədiyini bildirib: “Hazırda evdə müalicələri davam edir. Artıq gözləri ilə ünsiyyət qura bilir. Bəzən bütün günü əlil arabasında otura bilir. Hətta sərbəst olaraq özünü dik şəkildə saxlaya bilir. Əvvəl bunların heç birini edə bilmirdi”.  Marqarita pizza

Qeyd edək ki, Kənan İşık 2014-cü ilin martın 21-də saunadan çıxarkən ayağı sürüşüb və başı yerə dəyib. O, "Kim milyoner olmak ister?" intellektual verilişinin uzun müddət aparıcısı olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!