Tanınmış futbolçunun atasının meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış futbolçunun atasının meyiti tapıldı

İdman

11 Oktyabr 2022 21:58 1092


Çili millisinin və Braziliya "Flamenqo"sunun futbolçusu Arturo Vidalın atası Erasmo Vidal Santyaqodakı atçılıq klubunda ölü tapılıb.

Yenisabah.az xəbər verir ki, onun cəsədini həmin ərazidə yerləşən restoranın sahibi aşkar edib. İddiaya görə, ölümə ürək tutması səbəb olub.

Polisin hadisə ilə bağlı araşdırma apardığı bildirilib. Dördpendirli pizza

Qeyd edək ki, Arturo Vidal Çili millisində 2007-ci ildə debüt edib. 35 yaşlı yarımmüdafiəçi yığmada 133 oyun keçirib və 32 qol vurub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!