Tanınmış jurnalist hücumlarda iştirak etdi - Həmkarları od püskürdü

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış jurnalist hücumlarda iştirak etdi - Həmkarları od püskürdü

Dünya

28 Oktyabr 2024 09:51 548


İsrailli jurnalist və aparıcı Denni Kuşmaro İsrail ordusu ilə birlikdə Livanın cənubundakı bir kəndə hücumda iştirak edib. 

Yenisabah.az xəbər verir ki, Denni bu hərəkətinə görə həmkarları tərəfindən tənqid olunub. 

Denni Kuşmaronun gülləkeçirməz jilet və dəbilqə taxaraq iştirak etdiyi hücumun görüntüləri Kanal 12 Televiziyasında yayımlanıb. Videoda bir İsrail əsgəri Kuşmaroya partlayıcı qurğunun necə atəşə tutulacağını izah etdikdən sonra deyir ki, qarşıdakı boz binadan İsrailin şimalındakı ərazilərə raketlər atılıb. Dominos pizza

Binaya partlayıcılar yerləşdirilərkən, Kuşmaro əvvəlcə dörddən geriyə sayır, sonra binanı partlatmaq üçün düyməni basır. Çoxsaylı jurnalistlər “X” platforması vasitəsilə Kuşmaronu tənqid edərək, davranışını "jurnalistika üçün utanverici" adlandırıblar.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!