"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı olan tanınmış jurnalist Rəşad Baxşəliyev 48 yaşında vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, son illərdə onun səhhətində ciddi problemlər yaranmışdı.
R.Baxşəliyev ürək xəstəliyindən əziyyət çəkirdi. Onun ölümünə də qəfil ürək tutması səbəb olub. pizza
Mərhum Abşeron rayonunun Masazır kəndinin qəbiristanlığında - anasının məzarı yanında dəfn olunacaq.
Qeyd edək ki, Rəşad Füzuli oğlu Baxşəliyev 1978-ci ildə Yevlax rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. 2012-ci ildən fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. Qəzetin Beynəlxalq həyat, idman və informasiya şöbəsinin redaktoru olub. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.
R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Əmək fəaliyyətində peşəkarlığı və məsuliyyəti ilə seçilən R.Baxşəliyev “Tərəqqi” medalı ilə təltif edilib, “Azərbaycan mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülüb.
Mərhumun iki övladı yadigar qalıb. Oğlu Kooperasiya Universitetinin tələbəsidir.
Allah rəhmət eləsin!
Telegram kanalımız