Tanınmış professordan əhaliyə XƏBƏRDARLIQ - Yayılan virus...

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış professordan əhaliyə XƏBƏRDARLIQ - Yayılan virus...

Sağlamlıq

21 Avqust 2023 08:21 3299


Koronavirusun omikron ştammının yeni variantı olan "EG.5" dünyada sürətlə yayılmağa başlayıb.

Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, bu günə qədər 50-dən çox ölkədə "EG.5" virusuna rast gəlinib.

Adı çəkilən virusun Azərbaycanda aşkarlanmadığı rəsmi şəkildə açıqlanıb. Lakin bir çox şəxsin yay aylarında koronavirusun əlamətlərinə bənzər narahatlıqlar keçirməsi virusla bağlı müəyyən suallar ortaya qoyub. Marqarita pizza

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Tanınmış professor BAKU.WS-ə bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyinə əsasən pandemiya bitib: "Lakin bu, o demək deyil ki, infeksiyalar qurtarıb. Sadəcə olaraq yenidən infeksiya mənşəli pandemiya ola bilməz.

Omikron ştammının mutasiya prosesi davam edir. Hazırda müxtəlif ştamlar bəzi yerlərdə xırda epidemioloji ocaqlar yaradır. Ölkəmizdə, xüsusilə Bakıda bir neçə il bundan qabaq kütləvi xəstələnmələr var idi. Bu gün də həmin proses müyyən qədər davam edir.

Böyük Britaniyada Omikron ştamının aşkar edilmiş yeni variantı təsadüfi deyil. Mutasiya o vaxta qədər davam edəcək ki, ya virus tamamilə yoxa çıxsın, ya da insanların həyatında adi soyuqdəymə törədən virusa çevrilsin. Hər halda bu proses gedir.

Yay aylarında soyuqdəymələrin əksər səbəbi Omikronun, mutasiya ştammlarının olmasdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!