Tanınmış şair təcili “Yeni Klinika”ya yerləşdirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış şair təcili “Yeni Klinika”ya yerləşdirildi - Foto

Mədəniyyət

10 Sentyabr 2021 22:46 2965


Koronavirusa yoluxan tanınmış şair-tərcüməçi Anna Bartkulaşvili xəstəxanaya yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bidirib.

Onun sözlərinə görə, hazırda Anna Bartkulaşvili intensiv müalicə alır. Dominos pizza

“Koronavirusa yoluxmuş tanınmış şair-tərcüməçi Anna Bartkulaşvilinin sağlıq durumu ilə bağlı mesaj yazan dostlara bildirmək istərdim ki, Anna xanım "Yeni Klinika"ya yerləşdirildi, hazırda intensiv müalicə alır. Klinikanın rəhbərliyi ilə və Anna xanımla telefonla danışırıq. Həkimlərimiz mümkün olan hər şeyi edirlər ki, Anna xanım tezliklə öz sağlamlığına qovuşsun. Müraciətimizi nəzərə alaraq Anna xanımı təcili xəstəxanaya yerləşdirib, müalicə almasına dəstək olan klinika rəhbərliyinə minnətdarlığımı bildirirəm”, - deyə Komitə sədri qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!