Tanınmış telejurnalist vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış telejurnalist vəfat etdi

Hadisə

02 Yanvar 2026 00:33 1267


Tanınmış telejurnalist və rejissor Nailə Əkbərova vəfat edib.

Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib. 

N.Əkbərovanın ölüm səbəbi açıqlanmayıb. Marqarita pizza

Qeyd edək ki, Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 

1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb.

1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.

2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 

2009-cu ildən “TRT” televiziyasının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısıdır. Azərbaycanda ilk klip yaradıcılarındandır.

Allah rəhmət etsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!