Aleyna Tilki tutuldu, Acun İlıcalının keçmiş həyat yoldaşı axtarışa verildi -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Aleyna Tilki tutuldu, Acun İlıcalının keçmiş həyat yoldaşı axtarışa verildi - YENİLƏNDİ

Hadisə

18 Dekabr 2025 11:06 1689


Türkiyənin hüquq-mühafizə orqanları model Şevval Şahin, media maqnatı Acun İlıcalının keçmiş həyat yoldaşı, sosial media fenomeni Şeyma Subaşı və bloger Mert Vidinli haqqında həbs qərarı çıxarıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, narkotikə görə şübhəli bilinən həmin şəxsləri yaşadıqları ünvanlarda tapmaq mümkün olmayıb. Onların xaricdə olduqları müəyyənləşdirilib və beynəlxalq axtarışa veriliblər. pizza

Qeyd edək ki, bu gün aparılan narkotik əməliyyatlar nəticəsində müğənni Aleyna Tilki, aktrisa İrem Sak, sosial media fenomenləri Danla Bilic və Mümmine Senna Yıldız saxlanılıb. Aktrisa Melisa Döngel, müğənni Yusuf Güney və jurnalist Cihan Şensözoğlu isə yaşadıqları ünvanda tapılmayıblar.

Axtarış və istintaq prosesi davam edir.

***

09:25

Türkiyənin hüquq-mühafizə orqanları müğənni Aleyna Tilki, aktrisa İrem Sak, sosial media fenomenləri Danla Bilic və Mümmine Senna Yıldızı saxlayıb.

“Yeni Sabah” xəbər verir ki, onlar İstanbulda narkotiklə bağlı aparılan istintaq çərçivəsində tutulublar.

Xəbərə görə, əməliyyatı İstanbul Baş Prokurorluğu həyata keçirib və hüquq-mühafizə orqanları istintaq çərçivəsində bir sıra ünvanlarda axtarışlar aparıblar.

Mümine Senna Yıldızın evindən təxminən 5 qram marixuana və marixuana üyütmə aparatı aşkarlanıb. 

Aktrisa Melisa Döngel, müğənni Yusuf Güney və jurnalist Cihan Şensözoğlunun da saxlanılması üçün yaşadıqları ünvanlarda axtarış aparılıb. Lakin onlar evdə tapılmayıblar.

Onlar narkotik maddələr əldə etmə, saxlama və istifadədə şübhəli bilinirlər.   

Rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama yaymayıb.

Mətbuatda yayılan informasiyalara görə, araşdırma davam edir, istintaqın gedişi və hüquqi qiymətləndirmə barədə əlavə məlumatların sonradan açıqlanacağı gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!