Tanışını bir yumruqla öldürən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Tanışını bir yumruqla öldürən şəxs tutuldu

Kriminal

01 Dekabr 2021 10:51 979


Noyabrın 27-də paytaxtın Sabunçu rayon sakini 1962-ci il təvəllüdlü Məhəmməd Əliyevin rayonun Zabrat qəsəbəsi ərazisində xəsarət alması nəticəsində noyabrın 29-da xəstəxanada ölməsi  barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Sabunçu rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin tanışı 1964-cü il təvəllüdlü Rəhman Əzimov şəxsi münasibətlər zəminində Məhəmməd Əliyevin üz nahiyəsinə yumruqla vurub. Sonuncu zərbənin təsirindən yerə yıxılaraq başı asfalt örtüyünə dəyərək xəsarət alıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. pizza hut

Rəhman Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!