Tarkanın mahnısından şikayət olundu

saytların hazırlanması

Evə çatdırılma

Tarkanın mahnısından şikayət olundu

Şou

22 Fevral 2022 15:59 993


Tarkanın günlərdir müzakirə olunan yeni mahnısı şikayət edilib.

Yenisabah.az xəbər verir ki, meqastarın "Geççek" mahnısı barədə Televiziya və Radio Şurasına (RTÜK) şikayətlər daxil olub.

Qurumdan bildirilib ki, əgər şikayətlərin sayı artarsa, klip efirdə göstərilməyəcək, yaxud sözləri dəyişdiriləcək. Orijinal versiya ancaq internet platformalarında təqdim olunacaq. pizza

Xatırladaq ki, indiyə kimi bütün siyasi qüvvələrlə məsafə saxlamağı bacarmış Tarkanın son mahnısında “Gitçek gitçek geldiği gibi gitçek” kimi ifadələrin yer alması onun mövqeyini müəyyən etdiyi, prezident Rəcəb Tayyip Ərdoğanın əleyhdarlarının düşərgəsinə qatıldığı qənaətini yaranıb.

İqtidar düşərgəsindən ünvanına səslənən sərt tənqidlərə cavab verən pop ulduz mahnıda koronavirus pandemiyasının nəzərdə tutulduğunu bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!