Tarkanın yeni mahnısı “Geççek” işıq üzü görüb. Uzun fasilədən sonra yeni mahnısı ilə pərəstişkarlarının qarşısına çıxan meqastar müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, sonuncu dəfə 2017-ci ildə albom çıxaran Tarkan yeni mahnısını ötən gün təqdim edib.
Mahnının sözləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Tarkanın bu sözlərlə siyasi mesaj verdiyi iddia edilib. Toyuqlu pizza
Bəziləri mahnıdakı sözlərin birbaşa Türkiyə prezidenti Ərdoğana aid olduğunu bildiriblər.
Sözügedən mahnı üçün sosial şəbəkədə "Tarkan milyonlarla insanın hisslərinə tərcüməçi olub" şərhi edilib.
Mahnının sözlərini təqdim edirik:
Keçəcək, keçəcək, əlbəttə, bu da keçəcək,
Bax, ümidin çin olacaq,
O zaman zınqırovlar taxıb oynayacağıq,
O çiçəkli günlər çox yaxındadır.
Çox uzatdın, vallah, bezdik,
Bir dayanıb vermədin, aman.
Artıq yetər, çox sıxıldıq,
Düş, atam, artıq düş yaxamızdan.
Telegram kanalımız