Tatarlar İvan Qroznı adına görə ayağa qalxdı

saytların hazırlanması

Evə çatdırılma

Tatarlar İvan Qroznı adına görə ayağa qalxdı

Dünya

04 Noyabr 2024 14:34 687


Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yerləşən küçələrin birinə IV İvan Qroznının adının verilməsi təklif edilib.

Yenisabah.az xəbər verir ki, təşəbbüsü yerli tatar xalqı ciddi etirazla qarşılayıb.

Kazanda rusların kompakt yaşadığı məhəllələrin birinə Rusiya çarı IV İvanın adının verilməsini şəhər rəhbərliyi birmənalı şəkildə rədd edib. Dördpendirli pizza

IV İvan Qroznı tarixdə Kazan, Həştərxan və Sibir kimi əraziləri işğal edən hökmdar kimi iz qoyub. Rus millətçiləri onu ən qüdrətli hökmdarlardan biri sayır. IV İvan atasından təhvil aldığı dövlətin ərazisini işğallar və ilhaqlar hesabına 25 dəfəyədək böyüdüb. Hazırda Çeçenistan respublikasının paytaxtı məhz da onun şərəfinə Qroznı adlanır. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!