72 yaşlı İbrahim Tatlısəs yeni doğulan nəvəsinin xəstəliyi barədə paylaşım edib.
Yenisabah.az xəbər verir ki, müğənninin oğlu İdo Tatlısəs bu yaxınlarda ata olub.
Yasemin Şefkatli ilə evli olan İdonun İbrahim və Sinan adlı əkiz övladları dünyaya gəlib. pizza
Baba olan 72 yaşlı sənətkar sosial şəbəkə hesabında paylaşım edərək, körpələrdən birinin səhhətində problem olduğunu bildirib.
“Balaca Tatlısəs üçün hər kəsdən dua istəyirik. Əkizlərdən birinin ürəyində problem var. Allah onu bizə çox görməsin. Dua edən hər kəsdən Allah razı olsun”, - deyə İbrahim Tatlıses vurğulayıb.
Telegram kanalımız