Tbilisidə etiraz aksiyası yenidən başladı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidə etiraz aksiyası yenidən başladı - Yenilənib

Dünya

01 Dekabr 2024 20:36 800


18:38

Tbilisidə parlament binasının qarşısında yenidən etiraz aksiyası başlayıb.

Yenisabah.az APA-ya istinadən bildirir ki, saat 18:00 radələrində əraziyə gələn etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar. Toyuqlu pizza

Hazırda hakim partiya əleyhinə şüarlar səsləndirən etirazçılar qanunverici orqanın həyətinə pirotexniki vasitələr atırlar.

Əraziyə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib.

 

18:10

Dünənki aksiya və iğtişaşlar nəticəsində Gürcüstan parlamentində 48 iş otağa ziyan dəyib.

Yenisabah.az APA-ya istinadən bildirir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Şalva Papuaşvili qeyd edib ki, binanın aşağı mərtəbələrində demək olar ki, bütün pəncərələr sınıb, istilik sistemi və ofis avadanlığı sıradan çıxıb, taxta qapılardan biri yanıb. O cümlədən kompüter laboratoriyasına da ziyan dəyib, yeməkxana tamamilə dağıdılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!