Tbilisidə etirazçılar şəhərdən çıxışı qismən bağladılar

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidə etirazçılar şəhərdən çıxışı qismən bağladılar

Dünya

02 Fevral 2025 20:20 268


Gürcüstanda aksiya iştirakçıları paytaxtdan çıxışı qismən bağlayıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, etirazçılar "Tbilisi Mall" ticarət mərkəzinin girişində toplaşıblar, lakin sonradan yol boyu yürüş keçirməyə qərar veriblər.

Onların arasında müxalifət nümayəndələri də daxil olmaqla, bir neçə yüz nəfər var. Marqarita pizza

Ticarət mərkəzinin yaxınlığında polis qüvvələri cəmləşdirilib. Etirazçılarla polis arasında toqquşma qeydə alınmayıb. Ara-sıra hökumət əleyhinə şüarlar səsləndirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi bundan əvvəl bəyanat yayaraq, Tbilisiyə girişin beynəlxalq əhəmiyyətli strateji yol olduğunu və onun bağlanmasının cinayət məsuliyyəti daşıyacağını mitinq iştirakçılarının diqqətinə çatdırıb. Bildirilir ki, ticarət mərkəzi adi rejimdə fəaliyyətini davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!