Tbilisidə etirazlar: 107 nəfər saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidə etirazlar: 107 nəfər saxlanılıb

Dünya

30 Noyabr 2024 10:29 457


Noyabrın 29-30-da Tbilisinin mərkəzində 107 etirazçı saxlanılıb, 10 polis əməkdaşı yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bütün ötən gecə etirazçılar polisə fiziki müqavimət göstərərək, onlara müxtəlif əşyalar, daşlar, şüşə butulkalar, dəmir əşyalar və pirotexniki vasitələr atıblar. pizza sifarişi

“İctimaiyyət aksiya iştirakçılarının zorakılıq, qanunsuz hərəkətlərini açıq-aydın görüb və buna görə də Daxili İşlər Nazirliyinin əməkdaşları asayişi bərpa etmək üçün qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə ediblər”, - deyə Daxili İşlər Nazirliyinin məlumatında vurğulanır.

Gürcüstanın paytaxtında Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları təxirə salmaq qərarı ilə razılaşmayanların etirazları davam edib.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Tbilisi 2028-ci ilə qədər Avropa İttifaqına daxil olmaq üçün Brüssellə danışıqlara başlamayacaq və bu müddət üçün Aİ-nin hər hansı büdcə qrantlarından imtina edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!