Teatrlar nə vaxt açılacaq?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Teatrlar nə vaxt açılacaq? - AÇIQLAMA

Mədəniyyət

23 Avqust 2021 19:38 2159


“Bütün teatrsevərləri narahat edən bir sual var - “Teartlar nə vaxt açılacaq”?”.

Yenisabah.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə bildirib.

O qeyd edib ki, bu mövzuda şöbəmizə daxil olan çoxsaylı media sorğularını nəzərə alaraq, bildiririk ki, Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər: Sezar pizza

“Nazirlik tərəfindən bu məsələ ilə bağlı müraciət Operativ Qərargaha ünvanlanıb. Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcəkdir. Ümid edirik ki, epidemioloji vəziyyət tezliklə stabilləşər və ölkəmizin mədəni həyatı öz axarına qayıdar”./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ziko
    Barda , klubda hamı sərxoş vəziyyətdə bir birinin içində min oyundan çıxırlar. Operativ qərargahın qadağası ancaq teatr.kino üçündür? Mədəni sahələrə qıfıl vurub , xalqI mədəniyyət dən məhrum edirlər. Ya qəsdən. . Ya da........
    5 years ago