"08 İyun 2020-ci il tarixində bəzi xəbər portallarında “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktoru Həsən Fərman oğlu Hüseynovun guya karantin rejiminin tələblərini pozduğu və tibb müəssisəsi daxilində kütləvi yoluxmalara yol verdiyi səbəbindən TƏBİB tərəfindən işdən azad olunduğu bildirilib. Məsələ ilə bağlı bildiririk ki, qeyd edilənlər həqiqəti əks etdirmir".
Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı açıqlamada bildirilir.
"Direktor H.Hüseynov digər vəzifəyə keçirilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib. pizza sifarişi
Bir daha bütün kütləvi informasiya vasitələrinin nümayəndələrindən xəbər hazırlayarkən diqqətli olmalarını və rəsmi mövqe olmadan məlumatı ictimailəşdirməməyi xahiş edirik", - deyə TƏBİB-in yaydığı rəsmi məlumatda qeyd olunub.
Telegram kanalımız