Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.
TƏBİB-dən Yenisabah.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 4081 test edildiyi bildirilib.
Məlumata görə, indiyə qədər Azərbaycanda 391 699 test aparılıb. pizza hut
Xatırladaq ki, bu günə qədər ölkəmizdə 10 662 nəfər koronavirusa yoluxub. 126 nəfər ölüb, 5948-i isə sağalıb. Hazırda 4588 nəfər aktiv xəstə kimi qeydiyyatdadır.
Həmin şəxslərdən 133 nəfərin vəziyyəti ağırdır, 29 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.
Telegram kanalımız