TƏBİB Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirdi

Hadisə

14 Oktyabr 2023 22:53 599


TƏBİB Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirib.

APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 14.10.2023-cü tarixdə saat 12:35 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

“Təcili tibbi yardım briqadaları dərhal çağırış ünvanına yollanıb. 2008-ci il təvəllüdlü vətəndaşın həkiməqədər ölümü qeydə alınıb”. Dördpendirli pizza

Qeyd edək ki, Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü İlqar Elyar oğlu Sadıqov bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

Yaxınlarının açıqlamasına görə, onun qripdən öldüyü ehtimal edilir. Belə ki, İlqar Sadıqov ötən gün qrip olub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!